Texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsini dövlət qeydiyyatına təqdim etmək mümkün olmadıqda onun sahibi bu səbəbi ərizədə göstərməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Sahib göstəriləcək xidmət üçün müəyyən edilmiş rüsumu ödəməlidir.
Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində nəqliyyat vasitəsinin olduğu yerdə müayinə keçirilməlidir.
Müayinə zamanı mühərrik, ban və şassi nömrələri, habelə nəqliyyat vasitəsinin rəngi tutuşdurulur.
Bu qayda texniki səbəbdən qeydiyyat orqanına gətirilməsi mümkün olmayan nəqliyyat vasitələrinin identifikasiyasına imkan verir.