Vəkillərin İntizam Komissiyasının rəyi əsasında vəkilə xəbərdarlıq, töhmət və ya üzvlük haqqının 10 misli həcmində cərimə tətbiq edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
İntizam tənbehinin növü vəkilin törətdiyi pozuntunun xarakteri və digər halları nəzərə alınmaqla müəyyən edilir.
Qanunda müəyyən edilmiş hallarda vəkilin vəkillik fəaliyyəti üç aydan bir ilədək müddətə dayandırıla bilər.
Belə tədbir korrupsiyaya qarşı mübarizə qanunvericiliyində nəzərdə tutulan hüquqpozmalara təkrarən yol verildikdə və ya vəkil etikasının tələbləri üç dəfədən artıq pozulduqda tətbiq oluna bilər.
Fəaliyyətin dayandırılması zamanı pozuntunun dərəcəsi, vəkilin peşəkarlığı, stajı və əvvəl intizam tənbehi alıb-almaması nəzərə alınır.