
Vəkillər Kollegiyasının vəsaiti üzvlük haqqından, order markasına görə ödənişdən və qanunla nəzərdə tutulan digər mənbələrdən formalaşır. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Kollegiyanın vəsaitlərinə qanunun 16-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş ödənişlər də daxildir. Qanunla qadağan edilməyən digər mənbələrdən daxilolmalar da Kollegiyanın maliyyə vəsaitlərini təşkil edə bilər. Vəkillik fəaliyyətinin qanunda müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir. Kollegiyaya daxil olan vəsaitin miqdarı və xərclənməsi qaydası isə onun Nizamnaməsinə uyğun müəyyən edilir.
