Vəkilin ədalət mühakiməsində iştirakı hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Müqavilə fərdi qaydada fəaliyyət göstərən vəkillə və ya vəkilin daxil olduğu qurum arasında bağlana bilər. Vəkil işin mahiyyətinə əsasən hüquqi yardım üçün müraciət etmiş şəxsə tapşırığın icrası ilə bağlı bütün şərtlər barədə məlumat verməlidir. Tərəflər razılığa gəldikdə müvafiq müqavilə yazılı şəkildə tərtib edilir. Hüquqi yardım üçün müraciət etmiş şəxs müqavilənin şərtlərinə uyğun olaraq vəkilə həvalə etdiyi tapşırığı məhdudlaşdıra və ya geri götürə bilər.