ABŞ İrana yenə zərbə endirdi

03 Noyabr 2026, 10:31

ABŞ-a məxsus hərbi təyyarə özünümüdafiə məqsədilə zərbə endirərək İranın Qəşm adasında yerləşən raket buraxılış qurğusunu məhv edib.

Heftelik.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbə İran qüvvələrinin ABŞ-ın regiondakı hərbi qüvvələrinə qarşı yer-hava tipli raketlərdən istifadə etməsinə cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, “Reuters“ və “Associated Press“ də ABŞ-ın Qəşm adasına zərbə endirdiyini təsdiqləyən məlumatlar yayıb.