Fərdi məlumatların toplanılması və işlənilməsi subyektin razılığı olduqda və ya məlumatlar açıq kateqoriyaya aid edildikdə həyata keçirilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Məlumatlar həmçinin onların toplanılması və işlənilməsi məqsədlərini müəyyən edən qanunvericilik əsasında işlənilə bilər. Elmi və statistik tədqiqatlarda fərdi məlumatlardan yalnız onların məcburi qaydada adsızlaşdırılması şərtilə istifadə olunmasına yol verilir. Bundan başqa, məlumatların toplanılması və işlənilməsi subyektin həyat və sağlamlığının qorunması üçün zəruri olduqda da mümkündür.