Subyektin fərdi məlumatların işlənilməsi üçün verdiyi razılıqda onun kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar göstərilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Razılıqda həmçinin razılığı alan mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirən məlumatlar əksini tapmalıdır. Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədi də razılıqda göstərilməlidir. Subyektin işlənilməsinə razılıq verdiyi məlumatların və həmin məlumatlar üzərində aparılacaq əməliyyatların siyahısı da müəyyən edilməlidir. Bundan başqa, razılığın qüvvədə olma müddəti və onun geri götürülməsi şərtləri razılıqda əksini tapmalıdır.