
Milli təhlükəsizliyin və qanunçuluğun təmin edilməsi məqsədilə bəzi fərdi məlumatların toplanılması və işlənilməsi xüsusi qanunvericiliklə müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu qayda kəşfiyyat və əks-kəşfiyyat, eləcə də əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar fərdi məlumatlara şamil olunur. Dövlət sirrinə aid edilən fərdi məlumatların mühafizəsi də müvafiq qanunvericiliklə müəyyən edilir. Milli arxiv fondunda toplanılan fərdi məlumatların mühafizəsi qaydaları da ayrıca qanunvericilik əsasında tənzimlənir. Bununla fərdi məlumatların xüsusi dövlət əhəmiyyətli sahələrdə qorunması üçün ayrıca hüquqi mexanizm müəyyən edilir.
