İşədüzəltmədə vasitəçilik fəaliyyəti göstərən hüquqi şəxslər topladıqları informasiya ehtiyatları barədə elektron məlumat mübadiləsini təmin etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla elektron qaydada həyata keçirilir. Bu tələb işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti göstərən hüquqi şəxslərə şamil edilir. Qanunun müvafiq tələblərini pozmaqla fəaliyyət göstərən hüquqi şəxslər məsuliyyət daşıyırlar.
