Vəkilin peşə vəzifələrini həyata keçirərkən ona məlum olan ibtidai istintaq sirrini təşkil edən məlumatları yayması yalnız prokurorun və ya müstəntiqin icazəsi ilə mümkündür.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
İbtidai istintaq sirrinin yayılmasında təqsirli olan vəkillər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Vəkil hüquqi yardım göstərilməsi ilə bağlı ona məlum olmuş hallar barədə şahid qismində çağırıla və dindirilə bilməz.
O, həmin hallar barədə izahat verməməli və ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır.
Beləliklə, qanun vəkilin peşə fəaliyyətində əldə etdiyi məlumatların məxfiliyinin qorunmasına xüsusi təminatlar yaradır.