İşaxtaran və işsiz şəxslərin vakant iş yerləri barədə məlumat əldə etməsi və aktiv məşğulluq tədbirlərinə cəlb olunması üçün əmək yarmarkaları təşkil edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Əmək yarmarkaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar tərəfindən keçirilir. Bu tədbirlər işəgötürənlərə zəruri peşə, ixtisas və təcrübəyə malik kadrların qısa müddətdə seçilməsinə də kömək edir. Əmək yarmarkalarının təşkili və fəaliyyəti qaydası müvafiq orqan tərəfindən müəyyən edilir.