“Məşğulluq haqqında” qanunun tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Qanunun pozulmasına görə tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 18 faizi müəyyən edilmiş orqanın (qurumun) hesabına köçürülür. Bu vəsait həmin orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə istifadə olunur. Vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.