Məqsədli proqram çərçivəsində işəgötürənin yaratdığı hər bir iş yeri üzrə müəyyən məbləğdə vəsait ayrılır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. İş yeri üzrə əmək müqaviləsi ən azı iki il müddətinə bağlanmalıdır. İşçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında qəbul edilir. Ayrılacaq vəsaitin məbləği iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla həmin orqan (qurum) tərəfindən müəyyən edilir. Bu mexanizm yeni və davamlı iş yerlərinin yaradılmasını maliyyə baxımından dəstəkləməyə xidmət edir.