Hüquqi yardım üçün müraciət etmiş şəxs qanunda nəzərdə tutulan qaydada təyin olunmuş vəkildən istənilən vaxt imtina edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Belə imtina edən şəxs özünün seçdiyi digər vəkillə müqavilə bağlamaq hüququna malikdir. Müraciət etmiş şəxs vəkilə həvalə etdiyi tapşırığı da qabaqcadan xəbərdarlıq etmədən məhdudlaşdıra və ya geri götürə bilər. Vəkillə hüquqi yardım üçün müqavilənin bağlanması tərəflərin razılığı əsasında həyata keçirilir. Bu qaydalar hüquqi yardım alan şəxsin vəkil seçimi ilə bağlı hüquqlarının təmin edilməsinə xidmət edir.
