Əvvəllər vəkil və ya hakim olmuş Azərbaycan vətəndaşları müəyyən şərtlərlə yazılı test vermədən vəkilliyə qəbul oluna bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Belə şəxslər müsahibədən keçməli və qanunda nəzərdə tutulan icbari təlimi uğurla başa çatdırmalıdırlar. İntizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər bu qaydanın istisnaları sırasındadır. Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlərə də qanunda xüsusi qaydalar tətbiq edilir. Əvvəllər vəkil və ya hakim olmuş şəxslərin yazılı test vermədən müsahibədə iştirak etmək hüququndan yalnız bir dəfə istifadə etməsi nəzərdə tutulur.

