Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı Kollegiyanın bir sıra əsas sənədlərini təsdiq etmək və dəyişikliklər etmək səlahiyyətinə malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Ümumi yığıncaq Kollegiyanın Nizamnaməsini, İntizam Komissiyasının və İxtisas Komissiyasının əsasnamələrini, habelə vəkillərin etik davranış qaydaları haqqında əsasnaməni təsdiq edir. Yığıncaq Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, həmçinin İntizam Komissiyasının rəhbərliyini və üzvlərini seçir. Kollegiyanın büdcəsi, üzvlük haqqı, vəkil orderinin forması və vəkil qurumlarının yaradılması qaydası da ümumi yığıncağın səlahiyyətlərinə daxildir. Bundan əlavə, vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saat sayı da müəyyən edilir.