Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vətəndaşların qəbulunu və onların ərizə və şikayətlərinə baxılması üzrə işi təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sədr aparat işçilərinin əmək və icra intizamına əməl etməsinə nəzarət edir.
O, həmçinin statistika hesabatlarının təhlilini təşkil edir.
Kollegiyanın regional qurumlarının, hüquqi yardım mərkəzlərinin və tədris mərkəzlərinin rəhbərləri də sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Bundan əlavə, sədr təsdiq edilmiş smeta çərçivəsində maliyyə vəsaitləri üzərində sərəncam verir.

