Vəkilin vəkil adına ləkə gətirən və vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verməsi Kollegiyadan xaric edilməsinə səbəb ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
İcraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi pozaraq təmsil etdiyi şəxsin maraqlarına ziyan vurması da bu tənbehə əsas yaradır.
Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkilə üzvlükdən xaric edilmə tənbehi tətbiq edə bilər.
Bu tənbeh Vəkillərin İntizam Komissiyasının rəyi əsasında tətbiq olunur.
Qərar qəbul edilərkən pozuntunun xarakteri və vəkilin peşə fəaliyyətinə təsiri nəzərə alınır.

