
Qanunda nəzərdə tutulan nəqliyyat vasitəsi başqa regionda təkrar dövlət qeydiyyatından keçirildikdə əvvəlki region üzrə dövlət qeydiyyatı ləğv olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bunun üçün nəqliyyat vasitəsinin sahibi yeni region üzrə qeydiyyat orqanına müraciət etməlidir.
Yeni regionda dövlət qeydiyyatının aparılması əvvəlki region üzrə qeydiyyatın qüvvəsinə xitam verir.
Beləliklə, eyni nəqliyyat vasitəsinin müxtəlif regionlarda paralel dövlət qeydiyyatında saxlanılmasına yol verilmir.
Qayda təkrar dövlət qeydiyyatının başqa regionda aparılması hallarına aiddir.
