
Nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və yeni ünvan qeydiyyatı aparmış orqanın fəaliyyət ərazisindən kənarda olduqda nəqliyyat vasitəsi daimi uçotdan çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qeydiyyat yerinin dəyişməsi ilə bağlı digər hallarda da nəqliyyat vasitəsinin daimi uçotdan çıxarılması mümkündür.
Nəqliyyat vasitəsinə mülkiyyət hüququna xitam verildikdə və ya avtomobil başqa şəxsə verildikdə də bu prosedur tətbiq edilir.
Çıxdaş edilən nəqliyyat vasitələri də dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır.
Beləliklə, qanunda nəqliyyat vasitəsinin daimi uçotunun dayandırılması üçün bir neçə əsas müəyyən edilib.
