
Nəqliyyat vasitəsinin ipotekası və sonrakı ipoteka haqqında müqavilələrin dövlət qeydiyyatı müvafiq rəsmi reyestrdə aparılır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. İpotekanın dövlət qeydiyyatı qanunla müəyyən edilmiş qaydada müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. Reyestrdən çıxarışda qeydiyyatı aparan orqanın adı, qeydiyyatın yeri, tarixi və saatı, qeydiyyat nömrəsi, ipoteka saxlayan və ipoteka qoyan barədə məlumatlar göstərilir. Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması onun qeydiyyat şəhadətnaməsində qeyd edilir. İpotekaya xitam verildikdə həmin qeyd ləğv olunur.
