
Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı sürücülərlə bağlı müxtəlif tibbi tədbirləri əhatə edir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Sürücülüyə namizədlər və nəqliyyat vasitələri sürücüləri məcburi qaydada tibbi müayinədən və təkrar müayinədən keçməlidirlər. Nəqliyyat vasitələri sürücülərinin reys qabağı, reysdən sonra və cari tibbi müayinədən keçirilməsi də tibbi təminat tədbirlərinə daxildir. Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsi də bu sistemin tərkib hissəsidir. Həmçinin yol hərəkəti iştirakçılarına və aidiyyəti şəxslərə ixtisaslı həkim köməyinədək ilk tibbi yardım göstərilməsi üsulları öyrədilir.
