Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət və yerli əhəmiyyətli proqramlar hazırlanır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Proqramların əsas məqsədlərindən biri yol-nəqliyyat hadisələrinin sayının və onların nəticəsində dəyən zərərin azaldılmasıdır. Bu proqramlar ərazi və sahə planlaşdırmasının səmərəli əlaqələndirilməsi və balanslaşdırılmış göstəricilər əsasında hazırlanır. Hazırlanma zamanı regionun sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf səviyyəsi və qəza vəziyyəti nəzərə alınır. Yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri də proqramların hazırlanmasında nəzərə alınmalıdır.
