3 yaşınadək uşağı olan sığortaolunan analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir.

Heftelik.az xəbər verir ki, bu, Hesablama Palatasının , “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinə Rəyində əksini tapıb.

Layihəyə əsasən, 3 yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37 manat 58 qəpikdən 100 manata qaldırılır.

Qeyd edək ki, bu, 62 manat 42 qəpik artım deməkdir.