Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.
Heftelik.az xəbər verir ki, bu, Hesablama Palatasının , “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinə Rəyində əksini tapıb.
Növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.
Qeyd edək ki, 2026-cı ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.
