
Fərdi məlumatların toplanılması və işlənilməsi üzrə fəaliyyətin lisenziyalaşdırılması dövlət tənzimləməsinin formalarından biridir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Dövlət tənzimləməsi çərçivəsində fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının aparılması da nəzərdə tutulur. Həmin informasiya sistemlərinin, eləcə də müvafiq informasiya texnologiyaları vasitələrinin sertifikatlaşdırılması həyata keçirilir. Fərdi məlumatların informasiya sistemlərinin yaradılması və tətbiqi sahəsində hüquqi və texniki sənədləşdirmənin standartlaşdırılması da bu tədbirlərə daxildir. Bununla fərdi məlumatların toplanılması və işlənilməsi üzrə fəaliyyətin vahid hüquqi və texniki tələblər əsasında həyata keçirilməsi məqsədi güdülür.
