
Subyektin razılığında fərdi məlumatların saxlanma müddəti başa çatdıqdan sonra onların məhv edilməsi və ya arxivləşdirilməsi şərtləri göstərilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Eyni qayda subyektin ölümündən sonra onun barəsində toplanılmış fərdi məlumatlarla bağlı da tətbiq edilir. Razılıqda bu məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilməsi və ya arxivləşdirilməsi şərtləri əksini tapmalıdır. Bununla fərdi məlumatların qeyri-müəyyən müddət ərzində qanunsuz və nəzarətsiz saxlanmasının qarşısının alınması məqsədi güdülür. Beləliklə, razılıq sənədi yalnız məlumatların işlənilməsinə icazəni deyil, onların sonrakı taleyini də əhatə etməlidir.
