Xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması və işlənilməsinə, qanunda nəzərdə tutulan istisnalar xaricində, yol verilmir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Belə məlumatların işlənilməsi qanunla məcburi xarakter daşıdıqda və ya subyektin yazılı razılığı olduqda mümkündür. Həmçinin xüsusi kateqoriyalı məlumatlar açıq məlumatlar kateqoriyasına aid olduqda və həyat və sağlamlığın qorunması üçün zəruri hallarda onların işlənilməsinə yol verilir. Qanunda ictimai birliklər və digər qeyri-kommersiya təşkilatları tərəfindən öz qanuni məqsədləri üçün üzvlərinə aid xüsusi kateqoriyalı məlumatların işlənilməsi də nəzərdə tutulur.