Vəkil ETİKASI

04 Noyabr 2026, 01:20

Vəkillər Kollegiyasının üzvü olan vəkil etik davranış qaydaları haqqında Əsasnamənin tələblərinə riayət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vəkil hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan davranışlardan və insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərdən çəkinməlidir.
O, qanunsuz hərəkətlərin törədilməsinə çağırış edə bilməz və vəkil sirrindən şəxsi və ya başqalarının tamahkarlıq məqsədləri üçün istifadə edə bilməz.
Məhkəmə iclasında iş qaydasının pozulmasına, hakimə mane olmağa və çıxış edənlərin sözünün kəsilməsinə yol verilmir.
Vəkil etikasının tələblərinin pozulması isə qanunla müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb ola bilər.