
Təqdim edilən sənədlərdə və dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkarlandıqda müvafiq sənədlər və nəqliyyat vasitələri saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Mühərrik, ban və şassi nömrələrinin və ya rəngin dəyişdirilməsi, aqreqat nömrələri və qeydiyyat məlumatlarının sənədlərə uyğunsuzluğu da bu tədbirin tətbiqinə əsas verir.
Nəqliyyat vasitəsinin və ya təqdim edilən sənədlərin axtarışda olması barədə məlumatın mövcudluğu da nəzərə alınır.
Belə hallarda müvafiq yoxlamalar aparılır.
Yoxlamaların nəticəsindən asılı olaraq nəqliyyat vasitəsinin qeydiyyatı ilə bağlı sonrakı tədbirlər müəyyən edilir.
