
Utilizasiyaya verilməsi nəzərdə tutulan nəqliyyat vasitəsi əvvəlcə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bunun üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana müraciət etməlidir.
Müraciət qəbul edildikdən sonra üç iş günü müddətində araşdırma aparılır və qərar qəbul edilir.
Qanuni qüvvəyə minmiş və icra edilməmiş müsadirə, inzibati xəta və ya cinayət-hüquqi tədbirlərlə bağlı qərar, habelə nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda uçotdan çıxarılmadan imtina edilə bilər.
Dövlət müəssisələrinə və dövlət payı olan hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin silinməsi ilə bağlı normativ tələblərə əməl edilmədikdə də uçotdan çıxarılmasına imtina olunur.
