
Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Texniki baxışdan əvvəl nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi tutuşdurmaq məqsədilə müayinə edilir. Azərbaycanda ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan qanunda nəzərdə tutulan müddət keçməyibsə, onun qeydiyyatı ilə əlaqədar texniki baxış tələb olunmur. Azərbaycan ərazisində artıq dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilibsə, onun yenidən qeydiyyat zamanı texniki baxışdan keçirilməsi də tələb edilmir. Bu istisnalar nəqliyyat vasitələrinin qeydiyyatı prosesinin qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsinə imkan verir.
