Mexaniki nəqliyyat vasitələrinin və mopedlərin dövlət qeydiyyatı onların növündən və təyinatından asılı olaraq müxtəlif dövlət qurumları tərəfindən aparılır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox və ya konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları, habelə mopedlər müəyyən edilmiş qaydada qeydiyyata alınır. Tramvay və trolleybusların qeydiyyatı da ayrıca müəyyən edilmiş qaydada həyata keçirilir. Traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən müəyyən nəqliyyat vasitələri də aidiyyəti dövlət qurumu tərəfindən qeydiyyata alınır. Texnoloji nəqliyyat vasitələri, qanunda göstərilən digər mexaniki nəqliyyat vasitələri və yarış məqsədli idman nəqliyyat vasitələri üzrə dövlət qeydiyyatını da qanunla müəyyən edilmiş müvafiq dövlət qurumları həyata keçirir.