Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramlarında konkret məqsədlər və həmin məqsədlərə çatmağa imkan verən tədbirlər göstərilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Proqramlarda yolların inkişafı və genişləndirilməsi, həmçinin yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi nəzərdə tutulmalıdır. Yol hərəkəti təhlükəsizliyinin vəziyyətinin təhlili və yol-nəqliyyat hadisələrinin nəticələrinin azaldılması üzrə tədbirlər də proqramlara daxil edilir. Proqramın dəyəri, maliyyələşmə mənbələri, yol fondlarının yaradılması və müəyyən dövr üçün proqnozlar da göstərilməlidir. Bundan başqa, proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi müəyyən edilməlidir.