
Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı yol-nəqliyyat hadisələri zamanı zərər çəkən şəxslərə yardım göstərilməsini də əhatə edir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Zərər çəkmiş şəxslərə ixtisaslı həkim köməyinədək ilk tibbi yardım göstərilməsi üsulları yol hərəkəti iştirakçılarına öyrədilməlidir. Bu üsullar müvafiq dövlət qurumlarının və ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə də öyrədilir. Əhalinin də ilk tibbi yardım göstərilməsi qaydaları barədə məlumatlandırılması nəzərdə tutulur. Belə tədbirlər yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərə vaxtında yardım göstərilməsinə xidmət edir.
