Vəkillik fəaliyyəti fərdi qaydada və ya müəyyən edilmiş qaydalara uyğun yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanunda hüquq məsləhətxanaları, vəkil büroları və vəkil firmaları vəkil qurumlarına nümunə kimi göstərilir. Vəkillik fəaliyyətinin təşkili Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olmalıdır. Vəkil qurumlarının yaradılması ilə bağlı qaydalar Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının və ya konfransının müəyyən etdiyi tələblərə əsasən həyata keçirilir. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir.

