Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər müəyyən hallarda yazılı test və müsahibədən keçmədən vəkilliyə qəbul olunurlar. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Hüquq sahəsində fəxri ad verilmiş şəxslər də bu qaydadan yararlana bilərlər. Bundan başqa, əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslərin vəkilliyə qəbul olunması üçün xüsusi qayda müəyyən edilib. Bu şəxslər yazılı test vermədən, müsahibədən keçmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə qəbul olunurlar. Qəbul həmin şəxslərin müraciəti əsasında həyata keçirilir.

