
Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı və ya konfransı üç ildə bir dəfədən az olmayaraq çağırılır. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Ümumi yığıncaq Kollegiyanın Rəyasət Heyəti tərəfindən çağırılır. Növbədənkənar ümumi yığıncaq Kollegiya üzvlərinin üçdə birinin tələbi və ya Rəyasət Heyətinin qərarı əsasında keçirilə bilər. Yığıncaq çağırıldıqda Rəyasət Heyəti iki ay ərzində onun təşkilini və keçirilməsini təmin etməlidir. Kollegiya üzvlərinin sayı beş yüzdən çox olduqda ümumi yığıncağın səlahiyyətləri konfrans tərəfindən həyata keçirilə bilər.
