Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin qanunda nəzərdə tutulan tələblərə uyğunluğunu və peşə hazırlığını müəyyən etmək üçün yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Komissiya yeddi vəkil, üç hakim və üç hüquqşünas alim olmaqla ümumilikdə 13 üzvdən ibarətdir.
Vəkillərin İxtisas Komissiyasının səlahiyyət müddəti beş ildir.
Komissiyanın vəkil üzvləri Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim üzvləri Ali Məhkəmənin Plenumu, hüquqşünas alim üzvləri isə Ədliyyə Nazirliyi tərəfindən təyin edilir.
Komissiyanın iclası üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

