Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədilə mütləq ixtisas imtahanı qəbul edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Komissiya zəruri hallarda baxılan məsələlərlə bağlı dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən sənəd və məlumatlar tələb edə bilər.
Namizədin peşə yararlılığı müəyyən edildikdə Komissiya Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir.
İxtisas Komissiyası Kollegiyanın ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə uyğun fəaliyyət göstərir.
Komissiyanın iclası üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

