Vəkil sirrini təşkil edən məlumatlar vəkilin hüquqi yardım göstərdiyi cinayət, mülki və inzibati işlər üzrə sübut kimi qiymətləndirilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu təminat həmin vəkilin iştirakı ilə aparılan məhkəmə proseslərinə də aiddir.
Qanun həmçinin hüquqi yardım üçün müraciət etmiş şəxsin vəkilə bildirdiyi məlumatların yayılmasını məhdudlaşdırır.
Vəkil sirrinin qorunması müdafiə və hüquqi yardım münasibətlərində etimadın təmin edilməsinə xidmət edir.
Vəkillər üçün nəzərdə tutulan digər təminatlar isə cinayət-prosessual qanunvericiliklə müəyyən edilir.

