Məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması üçün yerli əlaqələndirmə komitələri yaradılır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Komitələr həmkarlar ittifaqları, işəgötürənlər birlikləri, müvafiq dövlət orqanları və yerli özünüidarəetmə orqanlarının nümayəndələrindən ibarət formalaşdırılır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin nümayəndələri də komitələrdə təmsil olunurlar. Komitələrin səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi müvafiq orqanın təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir.