İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı müəyyən hallarda müvafiq dövlət orqanının göndərişi əsasında həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Peşə və ya ixtisası olmayan şəxs üçün münasib iş seçmək mümkün olmadıqda onun peşə hazırlığı təşkil edilə bilər. Əvvəlki peşəsi üzrə işləmək qabiliyyətini itirən, həmin peşə üzrə iş tapa bilməyən və ya bacarıqlarının artırılmasına ehtiyacı olan şəxslər də bu imkanlardan yararlana bilərlər. İşsiz şəxslərin, habelə qanunda nəzərdə tutulan bəzi işaxtaranların peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ödənişsiz təşkil olunur.