İşsiz və qanunda nəzərdə tutulan müəyyən işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Proses çərçivəsində şəxslərə məsləhət və məlumat verilir, onların təcrübəsi, peşəsi, məşğulluq tarixçəsi və maddi rifahı üzrə ilkin monitorinq aparılır. Əmək bazarının təhlili əsasında özünüməşğulluq istiqamətinin seçilməsinə və biznes-planın hazırlanmasına, o cümlədən təlimlərin keçirilməsinə kömək göstərilir. Seçilmiş istiqamətin təşkili üçün material, avadanlıq və digər əmlak müqavilə əsasında bir il müddətinə verilir.

