Özünüməşğulluğa cəlb olunan şəxslər üçün keçirilən təlimlərlə bağlı xərclərin məbləği müvafiq qaydada müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Təlim xərcləri “İşsizlikdən sığorta haqqında” qanunun müvafiq maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Bu xərclərə təlim materiallarının hazırlanması və təlimçilərə ödənilən haqq da daxildir. Təlim xərclərinin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Beləliklə, özünüməşğulluq proqramı çərçivəsində təlimlərin maliyyələşdirilməsi üçün hüquqi əsas və maliyyə mexanizmi müəyyən olunur.