Məqsədli proqram çərçivəsində ayrılmış vəsaitdən təyinatı üzrə istifadə etməyən işəgötürən həmin vəsaiti geri qaytarmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Vəsaitin geri qaytarılması müqavilədə nəzərdə tutulan müddət ərzində onun təyinatı üzrə istifadə edilmədiyi hallara aiddir. Söhbət iş yerlərinin yaradılması üçün ayrılmış işsizlikdən sığorta vəsaitindən gedir. İşəgötürən istifadə edilməmiş və ya təyinatı üzrə istifadə olunmamış vəsaiti geri qaytarmalıdır. Bu tələb dövlət vəsaitinin məqsədli proqramlar çərçivəsində səmərəli və təyinatına uyğun istifadəsini təmin edir.

