Məşğulluq sahəsində yaranan mübahisələr inzibati və məhkəmə qaydasında həll edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Mübahisələrin həlli qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. Məşğulluq sahəsində hüquq və öhdəliklərlə bağlı yaranan fikir ayrılıqları inzibati qaydada araşdırıla bilər. Zəruri hallarda tərəflər hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Qanun həmçinin məşğulluq sahəsində beynəlxalq əməkdaşlığın Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həyata keçirilməsini nəzərdə tutur.

