Gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə adambaşına müavinət xərci 1262,07 manat çatacaq.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, 2027-ci il Büdcə Zərfində əksini tapıb.
Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi məlumatlara əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər üzrə orta hesabla hər adambaşına xərc edilmiş müavinət məbləği 2025-ci ildə icra üzrə 1022,36 manat, 2026-cı ildə gözlənilən icra üzrə 1198,55 manat, 2027-ci ilin proqnozu üzrə isə 1262,07 manat səviyyəsindədir. Fondun İzahatında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hüququndan istifadə etmiş şəxslərin bir nəfərinə düşən günlərin orta sayı 23,6 gün müəyyən olunub.
Bir nəfərə düşən orta günlük müavinət məbləği 2025-ci il üzrə 43,34 manat, 2026-cı il üzrə 50,80 manat, 2027-ci il üzrə isə 53,50 manat təşkil edir. Orta günlük müavinət məbləği 2025-ci illə müqayisədə 2026-cı ildə 17,2%, 2026-cı illə müqayisədə isə 2027-ci ildə 5,3% artım tempinə malik olacaq.
