Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını başa vurub.

Heftelik.az xəbər verir ki, bu barədə Ronaldo özü açıqlama yayıb.

Ronaldo 20 avqust 2003-cü ildə 18 yaşında Portuqaliya yığmasında debüt edib.

41 yaşlı futbolçu yığmanın heyətində ümumilikdə 234 oyun keçirib, 146 qol vurub.

O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu olub.

Hücumçu hazırda Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubunda çıxış edir.