Hərbi qulluqçuların yaşayış sahələri, o cümlədən xidməti mənzillərlə təmin edilməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, yaşayış sahələrinin tikintisi üçün hər il dövlət büdcəsindən müvafiq vəsait nəzərdə tutulur. Bu təminat müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilmir. Yaşayış sahələrinin tikintisi hərbi qulluqçuların mənzil ehtiyaclarının qarşılanmasına yönəlib. Dövlət büdcəsindən ayrılan vəsait bu məqsədlə müəyyən edilmiş qaydada istifadə olunur.

